“Ermənilər iki gündür, leşlərini atəş altından çıxarmaq istəyirlər...”

İctimai Televiziyanın "Radius" verilişinin aparıcısı, hərbi məsələlər üzrə ekspert Heydər Mirzə Tovuz istiqamətində gedən döyüşlərdən danışıb.

Day.Az Sfera.az-a istinadən oxucular üçün maraqlı olacağını nəzərə alaraq onun fikirlərini təqdim edir:

1. Tovuzda döyüşlər mövqe xarakteri daşıyır. Nə düşmən, nə də ki biz heç bir ərazini nə ələ keçirməmişik, nə itirməmişik, nə də ki qaytarmamışıq. Düşmən yazır, sübutu yoxdur.

2. Sübut bir ola bilər - xəritə-məritə, cizgi-mizgi "арамипришлипарвали" zirzibili yox, konkret foto və video sübutlar. Biz Lələdə 2016-da Azərbaycanın yarısını dəvət eləmədik mövqelərə? Jurnalislərdən tutmuş mahnı oxuyanlara kimi.... Bax belə olur sübut. Çox sadə. Bu isə yoxdur. Nə də ki olmayacaq. Mövqe bizdədir çünki.

3. Sözü gedən postlarımızı ələ keçirmək əslində demək olar ki mümkün deyil. Ora Lələtəpə deyil. Qat-qat ondan mürəkkəb, üç tərəfi demək olar ki 90 dərəcə sıldırım olan, məzəli formalı bir yerdir. Böyür-başdakı digər postları, köməkçi mövqələri falanı demirəm hələ.

4. Döyüşlərin ilk günündə 30 - 40 nəfər erməni XTQ-sinə oranı almaq əmrini verən komandiri görmək istərdim. O adam öz tabeçiliyində olan və hal-hazırda o çökəklikdə üç gündür leş qalan əsgərlərinə qarşı cinayət törədib o əmri verməklə. Güclü artilleriya atəşinə arxayın olublar (şəhidlərimiz də onda "gəldi", məhz o ilk artilleriya zərbəsində). Lakin mövqeyi ələ keçirə bilməyiblər. Bizim qonşu postlarımız və artilleriyamız tez reaksiya vrrib, həm də mövqe dərhal gücləndirilib (şəhidlərin biri həyacan xəbərini çatdıra bilib). Düşmənin geri çəkilmək cəhdləri isə lap pis bitib onunçün...

5. O mövqe alınsaydı, bu gün o dağın ətəyində Azərbaycanın TV kanallarının yarısı stand-up edə bilməzdilər. "Ağdam" yol işarəsindən o yana keçəmməzdiniz, dəlmədeşik olardınız.

6. Mövqe bizdədir və bu gün (artıq dünən) oradakı "oyuncaqlardan" gözəl anqırdıblar düşməni... Onun da ora gücü çatmır, başlayıb ara-sıra aşağıdakı kəndlərə atmağa.

7. Düşündüyüm budur ki, düşmən tərəfi bizə Lələtəpənin dərsini vermək istəyib... Bunun anonsunu çoxdan verirdilər əslində. Alınmayıb. İndi də iki gündür çalışırdılar leşləri çıxartsınlar (aşağıda 10 nəfərdən 19 nəfərə kimi leş var). Bizimkilər də qoymur. Onun qırğınıdır, çox guman ki.

8. Bu gün bütün gecəni sakitçilik davam etsə, demək ki (ola bilsin ki xarici oyunçuların pərdə arxası zəmanəti ilə) ölülərini çıxardacaqlar oradan. Bir gecəyə yox, bala-bala. И вот тогда то их мясохолодильник и откроется. Buna görə də hələ təsdiqləri yoxdur ölü haqda. Məncə sabah (artıq bu gün) ilk təsdiqləri gələcək...