Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

Bu barədə Day.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Nəqliyyat vasitələri 10 avqust səhər saat 06:00-dan yenidən faəliyyətlərini bəpa edəcəklər.