Yaponiya və Türkiyədə qaranlıqda güzgüyə baxılmır

Məntiqi bir əsasa söykənməsə də, davranışlarımız və inandığımız inanclar kimi tanınan xurafatların nə zaman həyatımıza girməsi və davranışlarımıza təsir edəcəyi bilinmir. Ölkədən ölkəyə, mədəniyyətdən mədəniyyətə qədər dəyişən müxtəlif və çox fərqli xurafatlar var. Bunları oxuyanda həqiqətən təəccüblənəcəksiniz.

Day.Az Lent.az-a istinadən dünyanın ən maraqlı 16 inancını təqdim edir:

1. Fransada, itdən sonra ilk addımını sol ayaqla atsan, xoşbəxt olacağına inanılır.

2. Yunanıstanda bir insan asqıranda arxasınca kimsə danışdığını bildirir.

3. Bolqarıstanda alkoqolsuz içkilər olan qədəhlər toqquşdurulmur. Əks halda, uşaqların çirkin olduğuna inanılır.

4. İspaniyada 13-cü çərşənbə axşamı heç bir şey edilmir, bu, böyük uğursuzluq gətirəcəyinə işarədir.

5. Süpürgə tək yaşayan bir insanın ayağına toxunarsa, bu insanın həyatı boyu tək qalacağına yozulur.

6. Dağıstanda şorbanıza milçəyin düşməsi sizə tezliklə hədiyyə gələcəyi müjdəsini verir.

7. Çində yeməyin içində uzun bir əriştə ilə qarşılaşsanız, dişləməməlisiniz, çünki uzun əriştə uzun ömür deməkdir.

8. İspaniyada hər il saat 00.00-da 12 üzüm yeməyin bütün ilin şans gətirəcəyinə inanılır.

9. Çində 4-13-14-23-24 nömrələrinin uğursuzluq gətirəcəyinə inanılır.

10. Haitidə bir ayaqqabı ilə yerə addımlasan, ananın öləcəyi anlamını verir.

11. Hindistanda cümə axşamı və şənbə günlərində saç kəsilmir, çox pis uğursuzluq gətirir.

12. Finlandiyada bir hörümçək öldürmək, ertəsi gün yağışa səbəb olur.

13. Seneqalda kiməsə səyahət planı barədə əvvəlcədən danışmaq səfərin ləğvinə səbəb olur.

14. Yaponiya və Türkiyədə qaranlıqda güzgüyə baxılmır.

15. Şotlandiyada gəlinlər xoşbəxt bir evlilik üçün toydan əvvəl palçıqda isladılır.

16. Pilləkənlərin altından keçmək şansızlıq gətirir.