Novxanıda qadın suda boğulub

Novxanıda boğulan şəxsin cəsədi tapılıb.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Novxanıda qeyri-çimərlik ərazisində boğulan şəxsin cəsədi FHN-in dalğıc axtarış qrupu tərəfindən tapılaraq adiyyət uzrə təhvil verilib.

X X X

15:51

Novxanıda Xəzər dənizində boğulma hadisəsi olub.

 

Trend-in məlumatına görə, hadisə bu gün baş verib. Şahidlərin sözlərinə görə, "Diana" istrahət mərkəzinin ərazisində çimərliklə olan bir nəfər qadın boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub:

"Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir".