Ceyhun Bayramov Türkiyəyə gedib

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb.

Nazirlikdən Day.Az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.