Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Day.Az xəbər verir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.