Bu fənlər üzrə müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı

Bu ilin 21-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən Day.Az-a verilən məlumata görə, həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.

Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!