Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN!

Şanlı ordumuz bu gün səhər saatlarından başlayaraq ermənilərin təxribat və hücumlarına cavab olaraq, əks-hücum əməliyyatları həyata keçirir, indiyədək bir sıra ərazilərimiz işğaldan azad edilib. Ciddi itkilər verən, döyüş xəttində uduzan və panikaya düşən ermənilər informasiya məkanında təxribatlara başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, təxribat xarakterli, yalan məlumatlar yayan sosial şəbəkə səhifələrindən bir neçəsini təqdim edir. Onlara inanmayın, saxta məlumatlar yayırlar!