Milli Məclisdə işğaldan azad edilmiş Vəng kəndinin Çinarlı kəndi adlandırılması müzakirə ediləcək

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.

Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.