Paşinyan başını itirib, erməni xalqını qırğına vermək istəyir

Paşinyanın son çıxışında əhalini silahlanmağa dəvət etməsi, könüllü özünümüdafiə dəstələrinin yaradılmasına çağırışı bir daha göstərdi ki, o, başını itirib, nə etdiyini heç özü də bilmir. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, görünür Paşinyan hələ 90-cı illərin təfəkküründən qurtula bilməyib:

"Dinc əhalini silahlanmağa çağırmaq sadəcə ağılsızlıqdır və əhalini qırğına verməkdən başqa bir şey deyil. Bu gün döyüş meydanında bütün şərtlər dəyişib, müharibə artıq 90-cı illərin qaydaları ilə aparılmır. Bu gün Azərbaycan ordusu ən müasir silahlardan və hərbi texnikalardan istifadə edir. Xarici hərbi ekspertlər də bəyan edir ki, Azərbaycan fövqəldövlətlərin arsenalında olan müasir silah sistemlərindən istifadə edir. Ermənistan özü də bunu etiraf edir, erməni ordusunun Azərbaycan ordusu qarşısında acizliyini təsdiq edir.

Bu gün Azərbaycan beynəlxalq qanunlara yuğun olaraq hərəkət edir, beynəlxalq səviyyədə tanınımış torpaqlarını işğaldan azad edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir.

Ermənistan ordusundan kifatyət qədər üstünlüyə malik olmasına baxmayaraq Azərbaycan dəfələrlə öz sülhməramlı niyyətini elan edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxacağı halda döyüşləri dayandıracağını bəyan edib. Lakin Ermənistan tərəfi getdicə daha da azğınlaşır, yeni təxribatlara əl atır, Paşinyan bütün əhalini silahlanmağa çağırır.

Sentyabrın 27-dən başlayan döyüşlərdə Ermənistanın öz ordusu haqqında yaratdığı mif məhv oldu, Ermənistan ordusu həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkilərə məruz qaldı. Artıq Ermənistan ordusu Azərbaycan ordusu qarşısında müqavimət göstərmək qabiliyyətini itirib.

Lakin avanturist Paşinyan öz kreslosunu qorumaq üçün ən çirkin yollara əl atmaqda davam edir. Sadə xalqı silahlanmağa çağırmaq sadəcə onları qırğına verməkdən başqa bir şey deyil. Ermənistan ordusunun tap gətirə bilmədiyi qüdrətli və ən müasir silahlara təchiz olunmuş Azərbaycan ordusu qarşısında sadə, heç bir hərbi təcrübəsi olmayan insanlar nə edə bilər?! Bu, Paşinyanın öz ambisiyaları uğrunda xalqı açıq qırğına verməsidir. Buradan aydın görünür ki, Paşinyan başını itirib, nə etdiyini heç özü də bilmir".