13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür

Ermənistan hakimiyyəti öz faşizm siyasətini davam etdirir. Döyüş meydanında məğlub olan düşmən dinc əhalini hədəf alır.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, gənc insanları Azərbaycana qarşı haqsız müharibəyə göndərərək bilərəkdən məhv edən Ermənistan hakimiyyəti indi də Azərbaycan gəncliyinə zərər vurmaq istəyir:

"Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində xəsarət almış və ötən gün vəfat etmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviç erməni faşizminin növbəti qurbanıdır.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində düşmənə layiqli cavab verilir, torpaqlarımız işğaldan azad edilir. Ərazi bütövlüyümüz ən qısa zamanda bərpa ediləcək!".