Düşmən havadan və qurudan darmadağın edilir

Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib.

Day.Az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: "Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir".