Bərdənin raket atəşinə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir

Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Bərdənin raketlərlə atəşə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir.

Bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onu daha da cəsarətləndirir və həyasızlaşdırır:

"Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, bu isə cəzasız qalmamalıdır".