Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

Day.Az xəbər verir ki, iclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilmişdir.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin cənab Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunmuşdur.