Azad edilmiş ərazilərdə böyükmiqyaslı işlər tikinti sektorunun artımına səbəb olacaq

2021-ci ildə Azərbaycanda tikinti sektoru göstəricilərinin mühüm dərəcədə artımı gözlənilir.

Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqaq İnstitutunun direktoru vəzifələrini icra edən Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, ölkənin böyük hissəsində bu il iri tikinti işləri gözlənilir:

"Məcburi köçkünlərin öz torpaqlarına qayıtma prosesi tikinti sahəsində böyük həcmdə işlərin aparılmasını nəzərdə tutur. Ölkədə kifayət qədər tikinti şirkəti var ki, onları ərazilərin minalardan təmizlənməsindən sonra işlərə cəlb etmək olar. Bundan başqa, Azərbaycan birbaşa xarici investisiyaların daxil olmasında maraqlıdır və bu istiqamətdə əməkdaşlıq etməyə hazırdır".