Şuşa İslam dünyasının paytaxtı olsun

Biz təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı olsun. Əminəm ki, bu, gələcəkdə mümkün olacaq.

Day.Az-ın məlumatına görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

"Biz Azərbaycanın uğur tarixini digər ölkələrdə də təbliğ etməyə nail olacağıq" - deyə, o bildirib.