Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər

Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir.

Bunu Trend-in Qarabağ bürosunun müxbirinə açıqlamasında TÜRKSOY və Türk Şurasının nümayəndə heyətinin üzvü olaraq Ağdama səfər edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov deyib.

"Bərəkətli torpaqların yanından keçəndə düşünürdüm ki, quraqlıqdan sonra münbit torpaqlar yağışı necə gözləyirsə, bu torpaqlar da əsrlər boyu yaradılan memarlıq tikililərini gözləyir. Bütün Türk xalqları birləşərək bu torpaqlara yeni bir həyat verəcək və bu torpaqların iqtisadi və maliyyə əsasları ilə mənəvi və mədəni baxımdan dirçəldiləcəkdir. Bunu hamımız birlikdə etməliyik " - deyə baş katib qeyd edib.