Lavrov erməni jurnalisti pərişan etdi

"Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq və Rusiyaya daxil etmək barədə heç bir fikri yoxdur".

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.

Rusiyalı nazir əlavə edib ki, Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb və onu Ermənistan belə tanımayıb.