Azərbaycanlı “Şah” dünya “10-luq”unda irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayının nəticələrinə əsasən yeni reytinq siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, ilk "10-luq"da Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qərarlaşıb.

"Şah" ləqəbli Şəhriyar bir pillə irəliləyib. O, 2770 xalla 8-ci olub. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur isə 10-cu yerdə qalıb.

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerdədir. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı olub.

Qadın şahmatçılardan Günay Məmmədzadə bir pillə geriləyib. O, 2443 xalla 29-cudur. Gülnar Məmmədova isə bir pillə irəliləyərək 2382 xalla 79-cu sıraya yüksəlib. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədəki yerini dəyişməyib.