Universitetdə dəhşətli hadisə:

Boliviyadakı "El Alto" universitetində dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, tələbə mərkəzində növbə zamanı sıxlıq yaşanıb. Tələbələrin bir-birilərinə müdaxiləsi nəticəsində gərginlik baş verib. Bu zaman məhəccərlər qəfil yerindən qopub. Nəticədə 11 tələbə 4-cü mərtəbədən yerə düşüb. Onlardan 7-si həyatını itirib. Digərləri xəsarət alıb.