Azərbaycanlı aktyora doğum günündə ŞOK

Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov (Türksoy) həbs edilib. Bu barədə "Ölkə.az"a aktyorun ailəsindən məlumat verilib. Bildirilib ki, Şəki apellyasiya məhkəməsi aktyora 8 ay həbs cəzası kəsib.

Day.Az Ölkə.az-а istinadən xəbər verir ki, İbrahim Salamov Mingəçevir Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi Şəhriyar Mustafayevin şikayəti əsasında həbs edilib. 

Xatırladaq ki, aktyor öz doğum günündə məhkəmə zalında həbs edilib.