https://news.day.az/azerinews/1332355.html
AZTV-nin rejissoru vəfat etdi - FOTO
AZTV-nin rejissoru vəfat etdi - FOTO

Azərbaycanın tanınmış incəsənət xadimi, rejissor Məhərrəm Bədirzadə vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib.
Əməkdar incəsənət xadimi Azərbaycan Televiziyasının rejissoru vəzifəsində çalışıb. Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb.
O, 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Eyni zamanda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosenti olub.
Allah rəhmət eləsin!
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре