BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu qurum üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

V.Bozkır bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub: "Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq".