Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir

Dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı hesabatlılığı əhatə edib

V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. Palata sədri əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.