Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir

Ermənistanın Azərbaycana mina sahələrinin xəritələrini verməməsi beynəlxalq hüququn pozulması deməkdir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir.

Onun fikrincə, Azərbaycan sərhədləri açmağa, müharibəni geridə qoymağa və azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkün ola biləcəyi formatın axtarışları ilə məşğul olmağa hazırdır, amma Ermənistanın siyasi sistemi buna yol verməyəcək.

M.Brayza əlavə edib ki, Ermənistanda Azərbaycanla əməkdaşlığı təklif edən və ya razılaşan insanların sayı az deyil, amma onlar satqın kimi təqib olunur.