"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı

Bakının "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadılıb.

Trend-in məlumatına görə, keçmiş adı "Nobel" prospekti olan "8 Noyabr" prospekti, Zığ sossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb.

Qeyd edək ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib.