Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib

Türkiyədə yerli istehsal olan ilk "hava-hava" tipli raketin sınağı keçirilib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, "Bozdoğan" raketinin ilk sınağı uğurla keçib:

"Gənc mühəndislərimizin "Göktuğ" layihəsi çərçivəsində hazırladığı hava-hava tipli "Bozdoğan" raketimiz ilk atışda hədəfi tam dəqiqliklə vurub".