İrəvanda maska üstündə bir sərnişin digərini öldürdü

Ermənistanda marşrut avtobusunda sərnişin qətlə yetirilib.

Oxu.Az "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, hadisə İrəvanda baş verib.

Belə ki, sərnişinlərdən biri yanında oturan şəxsdən tibbi maska ​​taxmasını istəyib, lakin sonuncu əvvəl onunla mübahisə edib, sonra isə onu bıçaqlayaraq qaçıb.