QMİ-nin internet televiziyası fəaliyyətə başladı

Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə QMİ məlumat yayıb. Qeyd olunub ki, İdarənin yeni layihəsi olan "114 TV" Ramazan ayının 1-ci günündən etibarən fəaliyyətə başlayıb.

QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə yeni kanala xeyir-dua verib. Qeyd edilib ki, 114 adı Ramazan ayında göndərilən Qurani-Şərifin 114 surəsi ilə bağlıdır.