Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib?

İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli "twiter" hesabında Ağdamdan şəkillər paylaşıb.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Mən Ağdamın qalıqlarına səfər edirəm. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisi hesab edirdisə niyə görə buranı darmadağın edib?"