"Saçlarım tökülməyə başlayıb"

Müğənni Gülben Ergen bir müddət əvvəl koronavirusa yoluxub.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Covid-19-dan sağalsa da xəstəliyin fəsadlarının qaldığını bildirib:

"Sağalmağıma baxmayaraq, hələ də şiddətli bel ağrılarım var. Eyni zamanda saçlarım tökülməyə başlayıb. Buna görə də peyvənd olunacağım günü səbirsizliklə gözləyirəm. Hər kəsi bir daha diqqətli olmağa çağırıram".