Həccə getmək üçün koronavirus sığortası tələb olunacaq

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir.

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.