Peyvəndin ikinci dozası 15 gün gecikdirilə bilər

"Peyvəndlərin birinci dozası ilə ikinci dozası fərqli olarsa, virusa qarşı qoruyuculuq yaranma ehtimalı az olar".

Bunu "ARB Xəbər"ə açıqlamasında TƏBİB-in əməkdaşı Vasif Əliyev deyib.

"Peyvəndlərin hər biri iki dozada vurulur. İlk doza vurulmasının 28-ci günündə həmin peyvənddən yenidən istifadə edilməsi mütləqdir. Çünki fərqli peyvəndlər fərqli yöndə təsir göstərdiyi üçün başqa peyvəndin istifadə olunması qoruyuculuq yaranma ehtimalını azaldır", - deyə o bildirib.

İnfeksionist Vüqar Cavadzadə isə qeyd edib ki, vaksinasiyanın ikinci mərhələsinin 5-10 gün ləngiməsi problem yaratmır:

"İkinci dozanın vurulmasının 5-10 gün ərzində ləngiməsinin elə də ciddi narahatlığı yoxdur".