Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.

Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.

Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.