TAP bazar sınaqlarının icbari mərhələsinə başlayıb

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu bazar sınaqlarının icbari mərhələsinə başlayıb.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

Bu mərhələ TAP konsorsiumu, "Snam Rete Gas" (İtaliya), DESFA (Yunanıstan) və Albaniya, İtaliya, Yunanıstanın tənzimləyici orqanları tərəfindən irəli sürülən layihə təklifinin təsdiqlənməsindən sonra başlayıb

TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati bildirib ki, TAP vasitəsilə nəqlin başlamasından sonra dörd ay ərzində 2 milyard kubmetrdən çox qaz nəql olunub:

"Biz yükdaşıyıcılarına nəql üzrə təhlükəsiz və etibarlı xidmətlər təqdim etmişik: TAP-ın gücünün tələb və təklifə uyğun mərhələli şəkildə artırılması xüsusilə Cənub-Şərqi Avropa regionu ölkələri üçün vacib imkandır".

TAP-ın kommersiya direktoru Mariya Savovanın sözlərinə görə, hazırda TAP genişlənmə ilə bağı üç ssenari təklif edir: məhdud genişlənmə (ildə təxminən 14,4 milyard kubmetr), qismən genişlənmə (ildə təxminən 17,1 milyard kubmetr) və tam genişlənmə (ildə təxminən 20 milyard kubmetr)