Xırdalanda vaqon yanıb

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 kv.m olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

10:39

Xırdalanda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.