Bakıda su kəmərində qəza olub, suyun verilişində məhdudiyyət var

Bakıda magistral su kəmərində qəza baş verib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 14 iyun 2021-ci il tarixində Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.