"Bentley" şirkəti yeni sükan hazırladı

"Bentley" avtomobil şirkəti oyun qurğularının istehsalçısı olan "Fanatec" kampaniyası ilə birlikdə real və virtual yarışlarda istifadə etmək üçün nəzərdə tutulmuş sükan çarxını hazırlayıb.

Bu sükan tənzimlənən əks əlaqəsi olan Fanatec sükan bazaları ilə uyğunlaşır. 

Gent.az xəbər verir ki, sükan eyni zamanda, ayın sonunda "Pikes Peak International Hill Climb" yarışlarında iştirak edəcək "Continental GT3 Pikes Peak" yarış avtomobilində quraşdırıla bilər.