https://news.day.az/azerinews/1357786.html
Ronaldo İnstaqramda bir reklamdan 1,6 milyon dollar qazanır
Ronaldo İnstaqramda bir reklamdan 1,6 milyon dollar qazanır
Portuqaliya millisi və "Yuventus"un ulduzu Kriştianu Ronaldonun İnstaqram hesabındakı reklam qiymətləri 1-ci yerə yüksəlib.
"Qafqazinfo" xəbər verir ki, o, güləşçi və aktyor Dueyn Conson və müğənni Ariana Qrandeni geridə qoyub.
Hazırda 36 yaşlı futbolçunun İnstaqram hesabındakı reklam qiyməti 1 milyon 600 min dollardır.
Portuqaliyalı oyunçunun İnstaqramda ildə 40 milyon dollar qazandığı təxmin edilir ki, bu da futbolçunun Turin təmsilçisindəki maaşından çoxdur.
Qeyd edək ki, Ronaldo İnstaqramda 300 milyondan çox izləyicisi olan ən populyar insandır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре