https://news.day.az/azerinews/1358888.html "Neftçi" 150 minə müdafiəçi alır

"Neftçi" 150 minə müdafiəçi alır

Azərbaycanca, 6 июля 2021 06:20 (UTC +04:00) 856
"Neftçi" 150 minə müdafiəçi alır

Mövsümlərarası fasilə dönəmində Sezar Meza Kolli, Harramiz Soareş və Xəyal Nəcəfovla güclənən "Neftçi", növbəti transferə hazırlaşır.

Day.Az offsideplus.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın hədəfində olan futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Rüfət Əhmədovdur. U-21 millisinə də dəvət alan 2002-ci il doğumlu müdafiəçi karyerasını ölkənin ən köklü klubunda davam etdirəcək. Artıq iki klub arasında razılıq əldə olunub. Belə ki, bakılılar Əhmədova görə qarşı tərəfə 15 min manat transfer haqqı ödəyəcək. Transferin həftəiçi ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Qəbələ"nin heyətində 19 oyunda meydana çıxan gənc futbolçuya "Neftçi"də Anton Krivotsyukun əvəzləyicisi kimi görülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости