https://news.day.az/azerinews/1359976.html İsveç Azərbaycanı bu siyahıdan çıxartdı

İsveç Azərbaycanı bu siyahıdan çıxartdı

Azərbaycanca, 9 июля 2021 09:23 (UTC +04:00) 763
İsveç Azərbaycanı bu siyahıdan çıxartdı

İsveçin Xarici İşlər Nazirliyi öz vətəndaşları üçün səfərlər barədə pandemiya ilə bağlı tövsiyələrinə növbəti dəfə dəyişikliklər edib.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gündən başlayaraq, İsveçin xarici siyasət idarəsi öz vətəndaşlarına Azərbaycana səfərlərdən çəkinməməyi tövsiyə edib.

Səyahət üçün təhlükəsiz ölkələrin siyahısında Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı da yer alıb.

Qeyd edək ki, İsveçin səyahət üçün təhlükəsiz ölkələrin belə adlandırılan siyahısı COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətdən irəli gələrək müntəzəm şəkildə yenilənir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости