https://news.day.az/azerinews/1360327.html Şəhriyar Kasparova qarşı Bu gün "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turniri start götürəcək. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparacaq.

Şəhriyar Kasparova qarşı

Azərbaycanca, 10 июля 2021 10:25 (UTC +04:00) 760
Şəhriyar Kasparova qarşı

Bu gün "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turniri start götürəcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparacaq.

Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticəyə görə, Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости