https://news.day.az/azerinews/1360343.html Bu ölkə də azərbaycanlılar üçün sərhədləri açır Finlandiya hökuməti pandemiya ilə əlaqədar ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.

Bu ölkə də azərbaycanlılar üçün sərhədləri açır

Azərbaycanca, 10 июля 2021 11:05 (UTC +04:00) 856
Bu ölkə də azərbaycanlılar üçün sərhədləri açır

Finlandiya hökuməti pandemiya ilə əlaqədar ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv edib.

"Qafqazinfo" xəbər verir ki, bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.

İyulun 12-dən başlayaraq azərbaycanlılarla yanaşı, Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları da Finlandiyanı ziyarət edə biləcəklər.

Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.

Öz növbəsində, digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl İsveç də öz sərhədlərini Azərbaycan vətəndaşları üçün açıq elan edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости