https://news.day.az/azerinews/1360361.html Qazaxıstan da öz vaksinini istehsal edəcək Qazaxıstan hökuməti sentyabr ayında Jambıl vilayətində yerli koronavirus vaksini istehsal edən əczaçılıq zavodunu açmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu ölkənin baş nazir müavini Yeralı Tuqjanov deyib. O bildirib ki, zavodun istismara verilməsi yekun mərhələdədir. Müəssisənin fəaliyyəti üçün lazımi lisenziyalar alınıb.

Qazaxıstan da öz vaksinini istehsal edəcək

Azərbaycanca, 10 июля 2021 11:38 (UTC +04:00) 725
Qazaxıstan da öz vaksinini istehsal edəcək

Qazaxıstan hökuməti sentyabr ayında Jambıl vilayətində yerli koronavirus vaksini istehsal edən əczaçılıq zavodunu açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu ölkənin baş nazir müavini Yeralı Tuqjanov deyib.

O bildirib ki, zavodun istismara verilməsi yekun mərhələdədir. Müəssisənin fəaliyyəti üçün lazımi lisenziyalar alınıb.

Nazir müavini əlavə edib ki, zavodda "QazVac" koronavirus vaksininin istehsalı təşkil olunacaq. Zavod aylıq 600 min doza vaksin istehsal edəcək.

Qeyd edək ki, "QazVac" Qazaxıstanın Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri tərəfindən hazırlanıb. Vaksinin ilk partiyaları bu institutun bazasında buraxılıb və ölkənin regionlarına paylanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости