https://news.day.az/azerinews/1360513.html Şəhriyar Məmmədyarov Harri Kasparovu məğlub edib

Şəhriyar Məmmədyarov Harri Kasparovu məğlub edib

Azərbaycanca, 11 июля 2021 09:12 (UTC +04:00) 699
Şəhriyar Məmmədyarov Harri Kasparovu məğlub edib

Rapid və blits şahmat üzrə "Grand Chess Tour" davam edir.

Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşlərini keçirib.

O, VI tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Azərbaycan şahmatının yetirməsi olan rəqibi ilə ilk dəfə üz-üzə gələn Məmmədyarov blitsdə cəmi 7 gedişə qələbə qazanıb.

Blits

I tur. Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov - 1:0
II tur. Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 1:0
III tur. Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov - 0:1
IV tur. Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk (Rusiya) - 0:1
V tur. Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov - 1:0
VI tur. Şəhriyar Məmmədyarov - Harri Kasparov (Rusiya) - 1:0
VII tur. Anton Korobov (Ukrayna) - Şəhriyar Məmmədyarov - 1:0
VIII tur. Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
IX tur. Şəhriyar Məmmədyarov - Aniş Qiri (Niderland) - 0,5:0,5

Turnir cədvəli: 1. Yan Nepomnyaşi (Rusiya) - 17 xal, 2. Maksim Vaşye-Laqrav (Fransa) - 16,5, 3. Aniş Qiri (Niderland) - 15,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 13.

Qeyd edək ki, yarış iyulun 12- də bitəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости