https://news.day.az/azerinews/1360627.html Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı — FOTO Mərhum Əməkdar artist Zöhrə Abdullayevanın mirası açıqlanıb. Lent.az-ın məlumatına görə, mərhum müğənninin mirası qardaşına qalıb. Bu barədə ifaçının həmkarı Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə bildirib: "Zöhrə Abdullayeva ilə 5 il bir teatrda çalışmışıq. Həmin 5 ildə gül qədər ondan incimədim.

Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı — FOTO

Azərbaycanca, 12 июля 2021 02:43 (UTC +04:00) 2 006
Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı

Mərhum Əməkdar artist Zöhrə Abdullayevanın mirası açıqlanıb.

Lent.az-ın məlumatına görə, mərhum müğənninin mirası qardaşına qalıb. Bu barədə ifaçının həmkarı Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə bildirib:

"Zöhrə Abdullayeva ilə 5 il bir teatrda çalışmışıq. Həmin 5 ildə gül qədər ondan incimədim. Zöhrə xanım bir ana kimi necə ana idisə onu bütün xalq gördü. Heyif ondan.
Bir bacı kimi də onun əvəzi olmayacaq. Sağlığında evini, maşınını, bağını, bankda olan pulunu sosial durumu yaxşı olmadığı üçün qardaşının adına keçirib. Bunu edib ki, qardaşı ondan sonra əziyyət çəkməsin. Dünyada belə bacılar var imiş. Bacım, Allah o biri dünyanı rahat eləsin. Allah yerdə qalanlarına dəyməsin".

Qeyd edək ki, bu gün Z.Abdullayevanın ölümündən 40 gün ötür. 

  • Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı
  • Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости