Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.