Sumqayıtda toy korteji qəzaya düşüb

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.