https://news.day.az/azerinews/1363235.html FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı: Oyunlardan təcrid olundular

FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı: Oyunlardan təcrid olundular

Azərbaycanca, 21 июля 2021 05:36 (UTC +04:00) 681
FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı:

Beynəlxalq Futbol Federasiyası (FIFA) üç rusiyalı idmançıya qarşı sanksiyalar tətbiq edib.

"Matç TV"-nin məlumatına görə, Vladimir Obuxov ("Rostov"), İvan Knyazev ("Zvezda", Perm) və Darya Meşeryakova dopinq əleyhinə qanunvericiliyin tələblərini pozduqlarına görə diskvalifikasıya edilib. Onlardan ikisi - Knyazev və Meşeryakova iki il, Obuxov isə FIFA-nın İntizam Komitəsilə əməkdaşlıq etdiyi üçün altı ay müddətində bütün oyunlardan kənarlaşdırılıb.

Qeyd edək ki, hər üç idmançı ilə bağlı insident 2013-cü ildə baş verib. Lakin mövcud hallarla bağlı araşdırmalar yalnız indi başa çatıb.

oxu.az

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости