Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Day.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.